• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dəmiryolu ilə istirahətə gedənlərin sayı artıb

Dəmiryolu ilə istirahətə gedənlərin sayı artıb

Bu il dəmiryolu ilə istirahətə gedənlərin sayı artıb.

ANS TV-nin məlumatına görə, yay fəslində istirahətə gedənlər əlverişli nəqliyyat vasitəsi kimi dəmiryoluna daha çox üz tuturlar. Bunun üçün biletləri ya əvvəlcədən onlayn şəkilində əldə edirlər, ya da bu cür kassa qarşısında saatlarla növbəyə dururlar. Kimi ölkə daxilində, kimi də ölkənin hüdudlarında dincəlmək üçün qatarla yola düşür.

Biletlərin satışını həyata keçirən kassirlər gün ərzində 130-200 bilet satdıqlarını deyirlər. Sərnişinlərin üz tutduğu istiqamətlərsə əsasən qərb rayonlarıdır.

Ölkənin hüdudları çərçivəsində isə Tiflisə üz tutanlar daha çoxdur. Bakı Sərnişin vağzalının rəisi İlyas Məmmədovun sözlərinə görə, üstünlük Tiflisə olsa da şənbə, bazar günləri Balakənə yollananlar da az deyil.

Tiflisə bilet bir tərəfli satılsa da sərnişinlər digər istiqamətlər üçün həm gəliş, həm də gediş biletini ala bilərlər.

Qiymətlərsə dəyişməz olaraq qalır. İstirahətə hansı nəqliyyat vasitəsi ilə getmək seçimi isə sizə qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR