“Əsas vəzifəmiz Azərbaycan gənclərinin maraqlarının təmin edilməsidir”
Bizi izləyin

Qırmızı.az

“Əsas vəzifəmiz Azərbaycan gənclərinin maraqlarının təmin edilməsidir”

“Əsas vəzifəmiz Avropada, Azərbaycan gənclər siyasətinin və Azərbaycan gənclərinin maraqlarının təmin edilməsidir”

“Əsas vəzifəmiz Avropada, Azərbaycan gənclər siyasətinin və Azərbaycan gənclərinin maraqlarının təmin edilməsidir”

Gənclər Təşkilaları Milli Şurasının baş katibi Seymur Hüseynov Strasburq şəhərində Avropa Şurasının Gənclərlə İş üzrə Məşvərət Şurasının iclasında iştirak edib.

Publika.Az-ın xəbərinə görə, ARGTMŞ baş katibi iclasda Azərbaycanla yanaşı, bütün Qafqaz və Şərqi Avropa ölkələri adından çıxış edib.S.Hüseynov bildirib ki, Azərbaycanın Gənclərlə İş üzrə Məşvərət Şurasına üzv seçilməsi ölkədə aparılan gənclər siyasəti üçün yeni qapılar və imkanlar açır:

“Əsas vəzifəmiz Avropada, Azərbaycan gənclər siyasətinin və Azərbaycan gənclərinin maraqlarının təmin edilməsidir. Mandatımız çərçivəsində gənclərlə bağlı bir sıra ümumavropa səviyyəli tədbirlərin məhz Azərbaycanda keçirilməsinə nail olmağa çalışacayıq”.

Qeyd edək ki, iclasın əsas məqsədi AŞ Məşvərət Şurasının yeni üzvləri ilə tanış olmaq, həmçinin yeni üzvlərə Avropa Şurasının qərarvermə qanunlarını təqdim etmək, və Məşvərət Şurasının hazırki üzvləri ilə birgə növbəti illərlə bağlı prioritet məsələlərin müzakirə edilməsidir.

Ümumilikdə Məşvərət Şurası Avropa Gənclər Forumu və Avropa Şurasını arasında “körpü” funksiyasını həyata keçirən qurumdur. 2013-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü seçilən ARGTMŞ 2014-cü ilin yanvar ayından etibarən Avropa Şurasının gənclər sektoruna aid olan bütün məsələlərində, qərarvermə prosesində fəal iştirak etməyə başlamış, həmçinin gənclər sektoruna dair proqramların hazırlanması, nəzarət edilməsi məsələlərində mühüm rola malik olacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm