Qırmızı.az
İş adamı qətlə yetirildi
Göyçay rayonunda qətl hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Kənd sakini 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun meyiti yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Məlumata görə, əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, Sahib Abbasov odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və dünyasını dəyişib.
Məlumata görə, Sahib Abbasov Alpoud kəndində
çörək sexi işlədirdi və sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu.
Dörd uşaq atası olan Sahib Abbasovun kim tərəfindən və hansı
şəraitdə qətlə yetirilməsi hələ ki, məlum deyil.
Hazırda qətli törədən şəxsi tapılaraq
istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
Axar.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR