Qırmızı.az
Müdafiə Nazirliyi jurnalistlər üçün treninqlər keçirəcək
Bu gün Milli Məclisin göndərişi ilə cəbhə və sərhədyanı bölgələrdə olmuş, sərhədyanı kəndlərdə yaşayan əhali ilə görüşlər keçirmiş millət vəkili Xanhüseyn Kazımlı və Müdafiə Nazirliyi tərəfdən polkovnik Abdulla Qurbaninin iştirakı ilə "Hərbi vətənpərvərlik ruhunun müasir vəziyyəti və onun yüksəldilməsi" mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransda çıxış edən millət vəkili X.Kazımlı cəbhə bölgəsində şəhid ailələri və əsgərlərlə keçirdiyi görüşlər barədə danışıb. Millət vəkili bildirib ki, Azərbaycan Ordusu erməni ordusundan 100 dəfə artıq gücə malikdir: "Mən keçirdiyim görüşlərdə və cəbhədə olduğum vaxt əmin oldum ki, ermənilər Ordumuzun qarşısında qorxub çəkilirlər. Əsgərlərimiz də deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək əzminindəyik, lakin əlbəttə ki, Ali Baş Komandanın əmrini gözləyirik".
Millət vəkili deyib ki, Azərbaycan qan töklüməsini, müharibəni istəmir: "Əks halda, onsuz da ölkəmizin hər bir vətəndaşı torpağımız uğrunda canından keçməyə hazırdır. Biz 3 gündə düşməni torpaqlarımızdan çıxaracaq gücə malikik. Lakin dediyim kimi, qan tökülməsini istəmirik".
Son 22 ildə Ermənistan tərəfindən Azərbaycana dəymiş zərərin onun rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən araşdırıldığını deyən X.Kazımlı bildirib ki, bunun üçün ölkəyə beynəlxalq səviyyəli ekspertlər gəlir: "Çalışırıq ki, ölkəmizə dəymiş zərər düzgün araşdırılıb dünyaya çatdırılsın".
A.Qurbani də orduda olan ruh yüksəkliyindən danışıb. O bildirib ki, Azərbyacan Ordusu bu gün müharibəyə hazır vəziyyətdədir və hər an Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycanda hərbi jurnalistikanın zəif olduğunu deyən polkovnikin sözlərinə görə, tezliklə Müdafiə Nazirliyi tərəfindən mətbuat nümayəndələri üçün bu mövzuda treninqlər keçiriləcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR