Azərbaycan - ABŞ gömrük əlaqələri müzakirə olunub
Bizi izləyin

Qırmızı.az

Azərbaycan - ABŞ gömrük əlaqələri müzakirə olunub

Avqustun 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Amerika Birləşmiş Ştatları Səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-a komitənin mətbuat xidmətindən bildirilib ki, Aydın Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında bütün sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb, ölkəmizin dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan ABŞ ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdırıldığını diqqətə çatdıran Komitə sədri vurğulayıb ki, son illər gömrük sisteminin inkişafı daha da sürətləndirilib, onun normativ hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılıb, fəaliyyəti təkmilləşdirilib.

Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əlaqələrə gəlincə, istər ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, istərsə də qanunvericilik bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi baxımından Azərbaycan Gömrük Xidmətinin Amerika təcrübəsindən xeyli yararlandığını bildirən Komitə sədri Dövlət Gömrük Komitəsi rəsmilərindən ibarət nümayəndə heyətinin Amerika Gömrük Xidmətinin işi ilə tanışlıq məqsədi daşıyan səfərlərini də məmnunluqla xatırladıb, bu səfərləri iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan uğurlu addım kimi səciyyələndirib.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Amerika Birləşmiş Ştatları Səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd etmiş, iki ölkə arasında istər siyasi istərsə də iqtisadi münasibətlərin hazırki durumundan məmnunluqla söhbət açıb.. Amerikalı diplomat Azərbaycan Gömrük Təşkilatının modernləşməsi və inkişafı yolunda atılan uğurlu addımları, eləcə də qarşılıqlı münasibətlərin inkişafı naminə respublikamızın gömrük xidmətinin ölkəsinin analoji qurumu ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirib, ABŞ Daxili Təhlukəsizlik Departamentində beynəlxalq işlər uzrə nazir muavini və baş diplomat Alan Bersinin ikitərəfli münasibətlərin, eyni zamanda qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq müstəvisində ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə qarşı mübarizə, təcrübə mübadiləsi və s. istiqamətlərdə həyata keçiriləcək konkret proqramlarla bağlı təkliflərin müzakirəsi üçün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin ABŞ-a səfər gerçəkləşdirməsi xahişini diqqətə çatdırıb.

Derek Hoqan, həmçinin cari ilin 26-28 avqust tarixlərində ABŞ-ın San-Antonio şəhərində keçiriləcək “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət Tərəfdaşlığı” mövzusunda konfransa dəvət məktubunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm