Qırmızı.az
Hansı yollar bağlıdır?
Ağsu aşırımından başqa Azərbaycanın bütün yolları açıqdır və nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K.Əliyev bildirib ki, yalnız Ağsu aşırımında avtomobillərin hərəkətində məhdudiyyətlər qalmaqdadır.
Şöbə rəisinin sözlərinə görə, yanvarın 31-dən fevralın 1-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Ölümlə nəticələnən yol qəzasının biri Ağdaş rayonu ərazisində baş verib. Həmin ərazidə "Opel" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb. Digəri isə Abşeron ərazisində baş verib. Belə ki, "Sulutəpə" adlanan ərazidə "BMW" markalı avtomobilin maniyəyə çırpılması nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
Qeyd edək ki, qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan 31-nə keçən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəzalar zamanı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Xatırladaq ki, yanvarın 30-u axşamdan başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan