Dini kitablar satılan kitab dükanına hücum
Bizi izləyin

Qırmızı.az

Dini kitablar satılan kitab dükanına hücum

Türkiyənin Diyarbəkir şəhərində kitab dükanına hücum olub.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Diyarbəkirin İslam dininə aid kitablar satan kitab evinə 3 naməlum şəxs tərəfindən hücum olub.

Şahidlərin sözlərinə görə, hücum edən silahlı şəxslər qara paltarda olublar və hadisədən sonra qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hadisə yerinə gələn polis qrupları ətrafda təhlükəsizliyi təmin edib.

Kitab dükanına edilən hücumdan sonra yerdən 12 boş patron götürülüb, onlardan 6 ədədinin dükana dəydiyi bildirilib. Hadisədə ölü və yaralananların olmadığı qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm