22 yaşlı gənc həmyerlisini öldürdü
Bizi izləyin

Qırmızı.az

22 yaşlı gənc həmyerlisini öldürdü

Biləsuvar rayonunda həmyerlilər arasında yaranmış mübahisə qətllə nəticələnib.

Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, rayon sakini 22 yaşlı Kamran Hüseynov 28 yaşlı Elşən Aslanovu bıçaqlayaraq qətlə yetirib. Bədənin bir neçə hissəsindən xəsarət alan Elşən Aslanov kəskin qan itirdiyinə görə yerindəcə keçinib.

Hadisəni törədən Kamran Hüseynov əvvəlcə istintaqdan yayınaraq qaçıb gizlənsə də, sonra polis əməkdaşları tərəfindən tutulub.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm