Millət vəkili əlilə görə nazirə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili əlilə görə nazirə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva 17 ildən sonra üçəmi dünyaya gələn Qarabağ əlili ilə bağlı Səlim Müslümova müraciət edib. Publika.az həmin müraciəti təqdim edir:

Tam bır möcüzə... Allahın bir lütfü... Düz 17 il övlad sahibi ola bilməyən Düz Çırdaxan kənd sakinimiz, Qarabağ müharibəsi qazimiz,Qarabağ müharibəsi əlili Teymur bəy və gözəl xanımı Qəmər xanımın dualarını Yaradan qəbul edib və onlara 17 il sonra 3 gözəl qızı birdən hədiyyə edib. Bəlkə, 17 il zamana ramən Teymur bəy və Qəmər xanımın ailələrini dağıtmamaları, Allahın hər verdiyinə şükr edərək mehriban bir ailə kimi yaşamalarını mükafatlandırıb böyük Yaradan!. Düz 17 il sonra ailəyə 3 gözəl mələk birdən gəlib. Mehriban,Zəhra və Gülşən.Ailəni təbrikə gedən zaman onların yaşamaq üçün ev şəraitlərinin çox ağır olduğunu və evə ciddi ehtiyacları olduğunu yerində gördük və rayon rəhbərliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova 17 il sonra 3 qızı olan Qarabağ qazimizəi dövlətimiz tərəfindən ev tikilməsi məsələsini xahiş etdim. Sağ olsun cənab nazir. Hər zaman olduğu kimi diqqətlə dinlədi və əlindən gələn dəstəyi edəcəyini dedi. Bu gün Səlim müəllimlə təkrar bu mövzuda danışdıq və yenə əlindən gələn dəstəyi əsirgəməyəcəyini dedi. Bilirəm ki, ev növbəsində gözləyənlər çoxdur amma ümid edirəm ki, Səlim müəllim 17 il sonra Allahın Qarabağ qazimizə hədiyyə göndərdiyi bu 3 qız balamızın normal bir evdə böyüməsi üçün əlindən gələni edəcək vər yaxın zamanlarda bu gözəl 3 qızı dövlətimiz tərəfindən onlara tikilərək hədiyyə edilmiş normal bir evdə böyüyən görəcəyik. Cənab Prezidentimizin şəhid ailələrinə, Qarabağ mürahibəsi əlillərinə və qazilərinə böyük qayğı və diqqəti mənə belə inamla danışmağa imkan yaradır. Çünki həm cənab Prezidentimiz, həm hörmətli Mehriban xanım hər zaman bu cür ailələrə xüsusi qayğı ilə yanaşır və mən inanıram ki, yaxın zamanlarda Teymur qardaşımızın ailəsi də bu qayğını daha yaxından hiss edəcək. İnşallah Mehriban, Zəhra və Gülşən ata-analı,xoşbət böyüyər və ailəsi, millətimiz üçün gözəl övladlar olarlar. Bir daha təbriklər əziz Teymur qardaşımız və Qəmər bacımız! İnşallah doğum günlərini bir gün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə bilək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm