Qırmızı.az
FHN maarifləndirmə tədbiri keçirib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Respublika Neyrocərrahiyyə Xəstəxanasında "Fövqəladə hallarda özünü necə aparmalı?" mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları iştirak edib, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilib. Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.
Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən "Fövqəladə halların təsnifatı", "Təbii fövqəladə hallar zamanı nə etməli?", "Yanğın zamanı nə etməli?", "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?" mövzularında çıxışlar diqqətə çatdırılıb. Çıxışlar zamanı tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Çıxışlardan sonra FHN-in fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş etdirilib.
Praktik hissə zamanı institutun həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzinin "Sprinter" (Mercedes Benz) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin maarifləndirmə xarakterli buklet və plakatları, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnika və vasitələri nümayiş etdirilib və onlardan istifadə qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım