17 yaşlı yeniyetmə oğurladığı pulları barda xərclədi
Bizi izləyin

Qırmızı.az

17 yaşlı yeniyetmə oğurladığı pulları barda xərclədi

Abşeron polisi Fatmayı və Mehdiabad qəsəbələrində mağazalardan oğurluq edən Culfa rayon sakini Murad Novruzovu saxlayıb.

Rayon Polis Şöbəsindən Publika.az–a verilən məlumata görə, o, mağazalardan, tikinti materialları dükanlarından və iaşə obyektlərindən oğurluq edib.

Mehdiabad qəsəbəsində ərzaq mağazasından oğurladığı külli miqdarda pulu barda xərcəyib: “Mənə demişdilər ki, mağazada heç kim olmayacaq. Mən də gecə vaxtı damın şiferini qırıb içəri girdim. Seyfin qıfılını “mantirovka” ilə sındırdım, pulları götürüb qaçdım. İmkansızlıqdan bezdiyim üçün bu yola əl atdım”.

Onun mağazalardan oğurladığı pulların miqdarı araşdırılır. Faktı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm