UNİCEF-dən Azərbaycana dəstək
Bizi izləyin

Qırmızı.az

UNİCEF-dən Azərbaycana dəstək

UNİCEF Azərbaycanda uşaq müdafiə sisteminin təkmilləşməsində, müvafiq kateqoriyalardan olan uşaqların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində bundan sonra səylərini daha da artıracaq. Publika.az-ın məlumatına görə, bu fikirləri BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze deyib.

A.Şilakadze Azərbaycanda dövlət uşaq siyasətinin inkişafının UNİCEF-in ölkəmizlə əməkdaşlığında vacib stimul olduğunu diqqətə çatdırıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında birgə görülən işlərin əhatə dairəsinin getdikcə genişlənməsini uğurlu əməkdaşlıq nümunəsi kimi dəyərləndirib.

Andro Şilakadze bu fikirləri nazirlikdə tanışlıq görüşündə deyib. Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, habelə uşaqlar üçün sosial xidmətlər və sosial reabilitasiya sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılması sahəsində görüləcək işlər müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin fəaliyyət istiqamətləri, həyata keçirilən sosial proqram və islahatlar barədə məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm