Oğru qadın tutuldu
Bizi izləyin

Qırmızı.az

Oğru qadın tutuldu

Bakıda Mərkəzi Univermaqda brilyant qaşlı üzüklər oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 2-də Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaqda Bakı şəhər sakini Cəmilə Kərimovaya məxsus 2 ədəd brilyant qaşlı üzük oğurlanıb.

Baş Mühafizə İdarəsi və Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Zəhra Əliyeva tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm