23 saylı orta məktəbə Tahir Həsənovun adı verildi
Bizi izləyin

Qırmızı.az

23 saylı orta məktəbə Tahir Həsənovun adı verildi

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Publika.az-ın məlumatına görə, Bakı şəhəri Nəsimi rayonundakı 23 saylı orta məktəbə Tahir Həsənovun adı verilib.

Bu qərar Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarı ilə T.Həsənovun adı məktəbin adından çıxarılıb. Son qərara əsasən isə yenidən məktəb Milli Qəhrəmanın adını daşıyacaq. T.Həsənov bu məktəbdə təhsil alıb.

Tahir Həsənov Azərbaycan Respublikanının Milli Qəhrəmanıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm