• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda üç min il bundan əvvələ aid yeni yaşayış məskəni tapıldı

Azərbaycanda üç min il bundan əvvələ aid yeni yaşayış məskəni tapıldı

Yardımlı rayonunun Alar kəndi ərazisində dəniz səviyyəsindən 2 min metr yüksəklikdə Talış dağlarının Peştəsər silsiləsində, Sarıbulaq yaylaqlarında eramızdan əvvəl II-I minilliyyə aid kurqan və daş qutu tipli qəbirlər aşkar edilib. Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə məlumat verib.

A.Ağalarzadənin sözlərinə görə, aşkar edilən qəbirlər tunc dövründə bölgədə məskunlaşmış köçəri yaylaq maldarlığı ilə məşğul olan qədim tayfalara məxsusluğu ehtimal edilir.

“Dəfn abidələrindən çoxlu sayda müxtəlif tipli saxsı qablar, zəngin bəzək əşyaları, tuncdan bəzəklər və silah nümunələri, daşdan əmək alətləri aşkar edilib”.

Onun sözlərinə görə, abidələrin bir qismi İrandan gələnlər tərəfindən dağıntılara məruz qalıb:

“Əfsuslar olsun ki, tarixin bu dövrünə aid əksər abidələr vaxtilə ciddi dağıntı və qarətlərə məruz qalıb. Yerli sakinlərinin məlumatına görə, ötən əsrin 20-ci əsrin 90-cı illərində İran ərazisindən gələn "qızıl axtaranlar" tərəfindən qəbir abidələri məhv edilib. Lakin buna baxmayaraq təqdiqat üçün kifayət qədər abidələr var. Sarıbulaq yaylaqlarında qeydə alınmış kurqan və daş qutu qəbirlərində gələcəkdə arxeoloji qazıntılar aparılarsa, bölgənin tunc dövrü arxeoloji mədəniyyətinin öyrənilməsi üçün çox dəyərli məlumatlar əldə etmək mümkün olacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR