• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda tramvayların fəaliyyəti nə vaxt bərpa ediləcək?

Bakıda tramvayların fəaliyyəti nə vaxt bərpa ediləcək?

Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə edilə bilər.

Bunu Publika.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyib.

“Elektrik qatarı üçün isə müvafiq yol çəkilməsi tələb olunsa da, ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir. Gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil.

Bulvarın tikintisi tam başa çatdırılandan sonra bu işlərin həyata keçirilməsi planlaşdırılır. Baş planın vaxtı 2030-cu ilə qədərdir, həmin vaxta qədər prosesin başa çatdırılması planlaşdırılır”.

C.Qocayev onu da əlavə edib ki, “Böyük Bakının Regional İnkişaf Planı” layihəsində 92,3 kilometr uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir.

“Layihə müəllifləri və şəhərsalma üzrə mütəxəssislər metronun inkişafına daha böyük üstünlük verirlər. Metro digər nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir. Yəni, heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm verilir. Metro çəkilişi işləri 2035-ci ilə kimi başa çatması planlaşdırılır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR