Bu həftə 7 rayonda əmək yarmarkaları keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Bu həftə 7 rayonda əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublikanın regionlarında işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, bu həftə ƏƏSMN tərəfindən növbəti Əmək yarmarkalarının sentyabrın 10-da Zaqatala və Bərdə, sentyabrın 11-də Balakən, sentyabrın 12-də isə Ağdam, Lerik, Biləsuvar və Abşeron rayonlarında keçirilməsi nəzərdə tutulur.

Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara, habelə kvota üzrə iş yerləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə təqdim olunacaq.

Aktiv məşğulluq tədbirlərində peşə hazırlığı və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən vətəndaşlar qeydə alınacaq.

Qeyd olunan rayonların məşğulluq mərkəzləri tərəfindən yarmarkalara hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatların toplanması işi aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm