Qırmızı.az
ADU-nun tələbəsi Strasburq Universitetində təhsil alacaq
Azərbaycan Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin magistratura dərəcəsinin 2-ci kursunda təhsil alan Şirəli Əliyev Dillər Universitetinin dəstəyi ilə yeni tədris ilində təhsilini Fransada davam etdirəcək.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Publika.az-a verilən məlumata görə, Ş.Əliyev Fransanın ITIRI (Institut de Traducteurs, d'Interprètes et de Relations Internationales) Strasburq Universitetinin fransız, ingilis, türk dili üzrə Professional tərcümə fakültəsinin magistr pilləsində təhsil alacaq.
Şiralı Mövsüm oğlu Əliyev 1986-cı il aprelin 21-də Neftçala rayonunda mühəndis ailəsində anadan olub. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin bakalavr pilləsinə qəbul olmuş Şiralı Əliyev 2007-ci ildə əlaçı diplomu ilə məzun olub. 2009-2012-ci illərdə qonşu Türkiyə Respublikasında turizm sahəsində əmək fəaliyyəti ilə məşğul olan Ş. Əliyev 2012-ci ildən hal-hazırkı dövrə qədər fəaliyyətini Azərbaycanda eyni sahə üzrə davam etdirir. 2013-cü ildə Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin magistr pilləsində təhsil alır.
Tərcümə sahəsində lazımi bilikləri əldə etmək və magistr təhsilini uğurla tamamladıqdan sonra öz peşəsini sevən bir tərcüməçi olaraq fəaliyyətini tərcümə sahəsində davam etdirmək istəyir. Geri döndükdən sonra Avropada əldə etdiyi bilik və təcrübələri doğma vətənə xidmət üçün tətbiq etməyi düşünür. Yalnız irəliyə, inkişafa apara biləcək təcrübənin ölkəmizin və xalqımızın rifahı üçün tətbiq etməyin hər bir azərbaycanlı üçün bir vətəndaşlıq borcu olmalı olduğu fikrindədir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR