Məhkəmə 13 ildən sonra qərar verdi: “Qayınata gəlini ilə evlənə bilər”
Bizi izləyin

Qırmızı.az

Məhkəmə 13 ildən sonra qərar verdi: “Qayınata gəlini ilə evlənə bilər”

Həyat yoldaşı ilə nikahsız evli olan 53 yaşlı Günnur Ö.-nün iki uşağının babası olan 85 yaşlı Səlahəddin Ö. ilə iddiaya görə mirasdan daha çox pay ala bilmək üçün nikaha girib və bunun üçün də məhkəməyə müraciət edib. Məhkəmə isə ona haqq qazandırıb.

Publika.az “Doğan Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində Pamuk Araşdırma İnstitutunda müdir işləyəndən sonra təqaüdə çıxan Səlahəddin Ö.-nün həyat yoldaşı Səmihə 1997-ci ildə vəfat edib. Həyat yoldaşının ölümündən sonra o, Mərsində yaşayıb. 1999-cu ildə evi yanıb, iflic olan Səlahəddin Ö-nün kiçik oğlu 60 yaşlı Bahadur Ö., iddiaya görə, atasının təqaüdünü almaq və mirasdan daha çox pay götürmək üçün nikahsız yaşadığı ikinci arvadı (o vaxtı 39 yaşı var idi) Günnura atası ilə rəsmi nikah kəsdirib və onları evləndirib. Həm qayınata, həm kürəkən olan Səlahəddin Ö., gəlini Günnur ilə evlənəndən 4 ay sonra 85 yaşında vəfat edib.

Məhkəmə 13 il davam elədi

Gəlinlə-qayınata evliliyi övladlar arasında mübahisə yaradıb. Bu evliliyi qəbul etməyən oğullardan biri, 64 yaşlı inşaat mühəndisi Saleh Arpat Ö., 2001-ci ildə Mərsin 2-ci ailə məhkəməsinə “evlilik etibarsız olduğu üçün ləğv edilsin” tələbi ilə şikayət edib. Saleh Arpat Ö., şikayət ərizəsində gəlinləri Günnurun saxta sənədlərlə iflic olmuş atası ilə evləndirildiyini qeyd edərək “qardaşım Bahadur nikahsız yaşadığı, iki övladının anası Günnuru mirasçısı edə bilmək üçün onu iflicdən əziyyət çəkən və şüuru yerində olmayan atamla hüquqi olaraq etibarsız sənədlərlə evləndirib” deyərək evliliyin ləğv edilməsini istəyib.

“Ərim mənimlə nikaha girmədiyi üçün belə oldu”

Qayınatası ilə təqaüdə görə evləndiyi iddia edilən Günnur Ö., vəkili vasitəsi ilə məhkəməyə verdiyi ərizədə əri Bahadırın onunla nikah kəsdirmədiyi üçün məcburi olaraq qayınatası ilə nikaha girdiyini bildirib. Günnur Ö., belə deyib:

“Türk ailə institutuna görə, ailənin bir üzvü vəfat edərsə, evdəki subay bir qardaşla gəlinin nikahının kəsilməsi inkar edilə bilməz. O ki, qaldı bu hadisədə ana və övladlarının şəxsiyyətinin qurtulması üçün nikah kəsilib. Tamamilə hüquqidir” deyərək məhkəmənin işinə xitam verilməsini istəyib.

Yerli məhkəmə 2008-ci ilin oktyabrın 23-də hökm çıxarıb. Məhkəmə hakimi Saleh Arpat Ö.-nün məhkəməyə vermək səlahiyyətinin olmadığı əsası ilə qayınata və gəlin evliliyinin ləğv edilməsi üçün açılan məhkəmə prosesini rədd edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm