ASAN xidmət "Diplomat"da
Bizi izləyin

Qırmızı.az

ASAN xidmət "Diplomat"da

Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalı Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərindən bəhs edib.


Məqalədə “ASAN Xidmət” mərkəzlərinin Azərbaycan üçün əsl müvəffəqiyyət olduğu qeyd olunub. Bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi səmərəliliyi artırmaq və dövlət xidmətlərini əhali üçün daha da asanlaşdırmaqdır. “ASAN xidmət”in əsası 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub. Vergi uçotundan tutmuş sürücülük vəsiqələrinin yenilənməsinə qədər bir çox inzibati xidmətlər göstərilir. Həmçinin, xidmət mərkəzlərinə getmək imkanı olmayan vətəndaşlar üçün mobil “ASAN xidmət”lər təklif olunur.


Diqqətə çatdırılıb ki, hazırda informasiya və kommunikasiya texnologiyalarının dövlət orqanlarında yardım məqsədilə istifadə olunmasında Azərbaycan MDB və bəzi Avropa ölkələri arasında ilk sıralardadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm