Ermənistanda girovluqda olan 15 yaşlı Cavid Məmmədov geri qaytarıldı
Bizi izləyin

Qırmızı.az

Ermənistanda girovluqda olan 15 yaşlı Cavid Məmmədov geri qaytarıldı

Təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Bu barədə Publika.az-a BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Təhvil vermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.


Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən saxlanılan şəxs geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri onun ailə üzvləri ilə də əlaqə saxlayıblar.


BQXK Cenevrə konvensiyalarına əsaslanan mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bu regionda fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm