Nazirliyin obyektlərinə giriş məhdudlaşdı - ƏMR
Bizi izləyin

Qırmızı.az

Nazirliyin obyektlərinə giriş məhdudlaşdı - ƏMR

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların mühafizə olunan obyektlərində buraxılış rejiminin tənzimlənməsi, baş verə biləcək təxribat, terror aktlarının qarşısının alınması məqsədi ilə rabitə obyektlərində buraxılış rejiminin tənzimlənməsi haqqında əmr imzalayıb.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, əmrdə RYTN-in rabitə obyektlərinin rəhbərlərinə ünvanlanan bir sıra tapşırıqlar əksini tapıb.


Əmrə əsasən, rabitə obyektlərinin rəhbərlərinə Prezident Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetinin rəhbər işçiləri və Milli Məclisin deputatlarının, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri və onun müavininin müşayiət etdikləri şəxslərin, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin və "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin feldyegerlərinin xidməti vəsiqə təqdim etməklə rabitə obyektlərinin inzibati binalarına daxil olmalarına icazə verilməsi tapşırılıb.


Eyni zamanda rabitə və yüksək texnologiyalar naziri və aparat rəhbərinin imzası ilə xidməti vəsiqələri olan şəxslərin bütün rabitə obyektlərinə, hər bir rabitə obyekti üzrə xidməti vəsiqələri olan şəxslərin aidiyyəti rabitə obyektlərinə daxil olmasına icazə verilməlidir.


Əmrə əsasən, kənar şəxslərin mühafizə olunan rabitə obyektlərinin inzibati binalarına buraxılışına RYTN-in rəhbərliyi, şöbə müdirləri, rabitə obyektlərinin rəhbərləri və onları əvəz edən şəxslərin icazəsi əsasında, həmçinin qeyd olunan şəxslər tərəfindən girişin məqsədi açıqlanmaqla razılıq verildikdən sonra, kənar şəxsin şəxsiyyət və xidməti vəsiqəsinin yoxlanılması və müvafiq jurnalda qeydiyyatın aparılması ilə, rabitə obyektləri rəhbərlərinin qəbuluna gələn şəxslərin qəbul edilərkən və yola salınarkən müşayiət olunması ilə, iş vaxtından sonra, şənbə, bazar, ümumxalq hüzn günü və bayram günlərində ən zəruri hallarda rabitə obyektləri rəhbərlərinin müvafiq icazəsi əsasında və müşayiət olunmaqla icazə veriləcək.


Rabitə obyektlərinə xarici vətəndaşların buraxılışı yalnız RYTN-in rəhbərliyinin icazəsi əsasında həyata keçirilməlidir.


Rabitə obyektlərinə xarici vətəndaşların buraxılışı həmin vətəndaşların miqrasiya orqanlarında müvafiq qeydiyyatlarının olub-olmaması obyekt rəhbərliyi tərəfindən yoxlanıldıqdan sonra həyata keçirilməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm