Aztəminatlı uşaqlara məktəb ləvazimatları təqdim olundu
Bizi izləyin

Qırmızı.az

Aztəminatlı uşaqlara məktəb ləvazimatları təqdim olundu

Sentyabrın 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə aztəminatlı ailələrin uşaqlarına Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

Publika.az Fondun rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Heydər Əliyev Fondunun respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli mənəvi dəyərlərimizin qorunması, tarixi abidələrimizin bərpası istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, Fondun təşəbbüsü ilə hər il onlarla təhsil və tibb ocaqları tikilir, internat məktəbləri, uşaq evləri təmir edilir, yeni avadanlıqlarla təchiz olunur, ehtiyacı olanlara qayğı göstərilir. Rayonun bir çox məktəbləri də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur, müasir standartlar səviyyəsində yenidən qurulur.

Sonra yeni tədris ili ərəfəsində rayonun orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 məktəbliyə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm