FHN də Bilik Gününü qeyd etdi (FOTO)
Bizi izləyin

Qırmızı.az

FHN də Bilik Gününü qeyd etdi (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Bilik Günü münasibətilə mərasim keçirilmişdir.

FHN-dən Publika.az-a verilən məlumata görə, mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantları və valideynlərinin iştirak etdiyi mərasimdə FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov məruzə etmişdir. Natiq bildirmişdir ki, açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlətimizin başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də zəngin bilik və bacarıqlara yiyələnəcəklər.

FHN Akademiyasına yüksək - 624 balla qəbul olunmuş kursant Ülvi Əliyevin atası Mübariz Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.

Sonra 2013-2014-cü tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirmiş və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm