Qırmızı.az
Sevgilisi ilə barışmaq üçün məndən kömək istədi - İlham Mirzəyevin məhkəməsi
Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, məhkəmədə hakim Məzahir Sadıqov bildirib ki, ötən prosesdə İlham Mirzəyevin vəkilləri cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Buna görə də proses təxirə salınmışdı. Vəkillər cinayət işi ilə tanış olduqlarını bildiriblər.
İlham Mirzəyev deyib ki, istintaq zamanı ona qarşı işgəncə və müstəntiq tərəfindən kobud qanun pozuntusuna yol verilməyib.
İ.Mirzəyevin vəkili İkram Abdullayev həm hazırlıq iclasının, həm də məhkəmə baxışının qapalı keçirilməsini istəyib. O, bildirib ki, cinayət işinin materiallarında ailə sirri var. Zərərçəkmiş Aynurə Əhmədova Anar adlı sevgilisi ilə münasibətinin yaxşılaşdırılması üçün İ.Mirzəyevdən köməklik istəyib. Bu məsələlər ailə sirri hesab olunur və mətbuatda yayılması düzgün deyil.
Daha sonra İlham Mirzəyevin digər vəkili Xanlar Bayramzadə deyib ki, məhkəmə prosesi başlamamış mətbuat ittiham aktını əldə edib və internetdə yayıb: “Bu da məhkəməyə təsir kimi qiymətləndirilməlidir”.
İ.Mirzəyev prosesin qapalı keçirilməsini istəyib. Prokuror prosesin qapalı keçirilməsinə etiraz etməyib.
Hakim deyib ki, hazırlıq iclasının qapalı keçirilməsi mümkün deyil, buna qanun yol vermir: “Qapalı keçirilmə ilə bağlı vəsatətə məhkəmə baxışında baxıla bilər”.
Xanlar Bayramzadə onu da əlavə edib ki, İ.Mirzəyevin əməlində cinayət tərkibi yoxdur, buna görə də cinayət işinə xitam verilsin. Məhkəmə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti təmin etməyib. Prosesin qismən qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Zərərçəkmişlər Zülfiyyə Əhmədova və Aynurə Əhmədovanın epizodları üzrə proses qapalı keçiriləcək.
Məhkəmə baxışı sentyabrın 30-na təyin olunub.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan