Qırmızı.az
Kinostudiyanın həyətindəki yaşıllığı kim məhv edir? - FOTOLAR
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətindəki ağacların kəsildiyi əraziyə yollandıq. Həqiqətən də, hasarlanmış ərazidə tikinti getdiyinin şahidi olduq. Ərazidə bir neçə tikilinin özülü qoyulub. Sakinlərin Publika.az-a verdiyi məlumata görə, artıq 4 ildir ki, bu ərazi kiməsə satılıb və hasara alınıb: “4 ildir buranı hasarlayıblar. Əvvəlcə “Akkord” şirkətinə, sonra ABŞ səfirliyinə, sonra da kiməsə satılıb, adını bilmirəm”.
Ərazidə olduğumuz müddətdə özünü həmin tikintininin ambardarı kimi təqdim edən İlqar adlı şəxs ərazidə aparılan tikinti işləri ilə bağlı məlumat verməkdən imtina etdi. Əvvəlcə “prorab” Vaqif müəllimin ərazidə olmadığını, daha sonra isə, bu ərazinin özəl yer olduğunu dedi: “Pullu adamdır, alıb buranı. Şəxsi ərazidir, nə istəsə tikə bilər. İstəsə, bir ev tikər burada, istəsə üç ev”.
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov Publika.az-a açıqlamasında bildirdi ki, həmin ərazi kinostudiyanın balansında deyil: “Əvvəllər kinostudiyanın balansında çox ərazilər olub, sonra özəlləşdirilib. Bu ərazi də əvvəllər “Azərkinovideo”nun zamanında buranın balansında olub, mən burada işlədiyim vaxtlardan bizim balansımızda olmayıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında meşəliyin məhv edildiyi həmin ərazi ilə bağlı araşdırma aparıldığını deyib:
“Nazirliyin ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları sözügedən əraziyə gedib. Ağac kəsilmə faktı olub-olmaması barədə araşdırma aparıb, ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, axar.az Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətində olan ağacların kəsilməsi, sözügedən ərazini yaşayış evləri tikmək məqsədilə müəyyən hissələrə ayrılaraq hasarlanması və yaşıllıqların məhv edilməsilə bağlı məlumat yayıb.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu