Ölmək unudulmaq deyil, unudulmaq ölməkdir - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ölmək unudulmaq deyil, unudulmaq ölməkdir - VİDEO

Bu gün tanınmış tənqidçi Elnarə Tofiqqızının ölümündən bir il ötür. Həkim səhlənkarlığı üzündən vəfat edən Elnarə xanım Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı idi.

Elnarə xanım öz ədəbi-tənqidi məqalələri ilə qısa bir vaxtda tanınaraq ədəbi camiənin etiraf etdiyi tənqidçiyə çevrilmişdi.

Elnarə Tofiqqızı jurnalist Anar Niftəliyevin həyat yoldaşı olub, onların iki qız övladı var.

Axar.az ailəsi adından başsağlığı veririk. Allah rəhmət eləsin!

Bu bir il belə keçdi

sənə bu qədər yaxın

səndən bu qədər uzaq...

Sənsiz keçən bir ildə

Min il yaşayan Anar

Anar demə, yalquzaq...

Burda hər gün Gün çıxdı

isitmədi heç nəyi

İki körpəni sıxıb

sinəsində isidən

evindən küskün çıxdı-

azalmadı göynəyi.

Sənsiz sığal görmədi

Nə günü-güzəranı

Ütüləndi köynəyi

Sənin ütün olmadı

köynəyinin ütüsü…

İki körpə balanın

çayını isti etdi,

yandırdı ürəyini...

O, sənsiz adam kimi

yaşamağı unutdu

dondurdu ürəyini...​ /Faiq Balabəyli/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm