Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri sentyabrın 20-də də davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, təlimlərdə iki ölkənin Hərbi Hava Q

üvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlərin növbəti mərhələsi sentyabrın 22-dən başlayaraq oktyabrın 3-dək davam edəcək.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum və “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm