• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Toya hazırlaşan gənc öldürülüb?

Toya hazırlaşan gənc öldürülüb?

Toya hazırlaşan gənc oğlanın cəsədi tapılaraq sudan çıxarılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 19 sentyabr 2014-cü il tarixində Yuxarı Şirvan kanalının Göyçay rayonu ərəzisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Rəsulov Fuad Faiq oğlunun axtarışları başa çatıb. F.Rəsulovun cəsədi batdığı yerdən 1000 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 60 km aralı, nəzarət olunmayan ərazidə) “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:50-də başa çatıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ağdaş rayon prokurorunun köməkçisi Emil Qurbanov bildirib ki, hazırda mərhumun cəsədi tibbi ekspertizada saxlanılır. Onun sözlərinə görə, mərhumun valideynləri və yaxınları iddia edirdilər ki, övladlarını suda boğublar: “Məsələnin bu və ya digər tərəfləri araşdırılıb və mərhumun bədənində hər hansı bir zorakılıq izlərinə rast gəlinməyib. Onun bədənində narkotik və alkoqolik maddələr də aşkar edilməyib. Fuad Rəsulov enerji içkisindən istifadə edəndən sonra suya daxil olub. Onun geyimi isə avtomobilin arxa hissəsində tapılıb. Hadisə ilə bağlı, mərhumla birlikdə olan dostları da dindirilib. Bütün bu və ya digər faktlarla bağlı valideynləri məlumatlandırılıb və sübutlar təqdim edilib”.

Prokuror mərhumun cəsədinin yaxın saatlarda valideynlərinə təhvil veriləcəyini deyib.

Xatırladaq ki, sentyabrın 27-də Fuad Rəsulovun toy mərasimi olacaqdı.

Amid Əyyuboğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR