Səhiyyə Nazirliyi yürüş keçirəcək
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi yürüş keçirəcək

Səhiyyə Nazirliyi sentyabr ayının 27 Dənizkanarı Milli Parkda «Sağlamlıq yürüşü!» adı altında yürüş marafonu keçirəcək. Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, sentyabrın 29-zu bütün dünyada "Dünya Ürək Günü" kimi qeyd olunduğundan bu marafon ürək xəstəlikləri ilə mübarizəyə həsr olunub.

İnsanları sağlam həyat tərzi aparmağa, idmanla məşğul olmağa çağıran həmin Marafonda beş yüzə yaxın insanın iştirak edəcəyi nəzərdə tutulub. Yürüş qalibləri müvafiq olaraq nazirlik tərəfidən mükafatlandırılacaq.

Səhiyyə Nazirliyi əmindir ki, bu kimi tədbirlər gələcəkdə əhaliyə öz sağlamlığına diqqət yetirməyi və sağlam həyat yaşamaq fikrini aşılayacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm