Media ekspertləri prezidentin “dövlət sirri” sərəncamını şərh edir
Bizi izləyin

Qırmızı.az

Media ekspertləri prezidentin “dövlət sirri” sərəncamını şərh edir

“Hər bir Azərbaycan vətəndaşı dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələlərdən yazanda ehtiyatlı olmaq gərəkdiyini anlamalıdır”.

Bu sözləri Axar.az-a tanınmış media eksperti Qulu Məhərrəmli Prezident İlham Əliyevin imzaladığı dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasını qadağan edən sərəncamı şərh edərkən söyləyib.

O, cəmiyyətdə maarifləndirmə işinin aparılmasının zəruriliyini qeyd edib:

“KİV haqqında” qanun, “Teleradio Yayımı haqqında” qanun, “İnformasiya əldə etmək haqqında” qanunda xüsusi olaraq müəyyən qisim informasiyaların sirr kimi saxlanıldığı göstərilir. Məsələn, “İnformasiya əldə etmək haqqında” qanunda dövlət sirri ilə bağlı məsələlərin geniş siyahısı verilib və onlar dəqiq göstərilib. İstər müəyyən başqa bir ərazilə, istərsə də Azərbaycanla bağlı hərbi sirləri ilk növbədə bu sirri saxlamağa cavabdeh olan insan məsuliyyət daşıyır ki, onlar kənara çıxmasın. Hazırda problem sosial şəbəkələrdədir. Hər bir Azərbaycan vətəndaşı dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələlərdən yazanda ehtiyatlı olmaq gərəkdiyini anlamalıdır. Ona görə də cəmiyyət maariflənməlidir. Bizim cəmiyyətdə isə maarifləndirmə işi aparılmır. Cəmiyyətimizdəki insanlar bütün məlumata şou kimi baxır. Bu bizim son 15-20 ildə yetişdiyimiz cəmiyyətdir və onlar da sosial şəbəkədə belə ifadə olunurlar. Bu cür məhdudiyyətlər dünyanın hər yerində var. Məsələn, Amerika İraqda müharibə aparanda mətbuata xüsusi senzura qoyulmuşdu. Yalnız CNN telekanalı xüsusi təlimatlandırma ilə məlumatlar yayırdı. Bütün qadağalar başqa ifadə formaları axtarır. Yəni tamamilə başqa gözlənilməyən reaksiyalar doğura bilər. Buna görə konkret olaraq təbliğat işi aparmalıyıq. Bəzən hər hansı mənasız detal qarşı tərəfə müəyyən informasiya verə bilər. Ona görə ayıq olmaq lazımdır. Yəni ölkənin müdafiəsini zəiflədəcək hər hansı bir məlumatı yaymaqdan çəkinmək gərəkdir”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə qeyd edir ki, bu sərəncamı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi müşavirənin davamı kimi qiymətləndirmək lazımdır:

“Müşavirədə aydın şəkildə bildirildi ki, bu sahədə baş verən xaotik vəziyyət davam edə bilməz. Və mən hesab edirəm ki, vaxtında keçirilən müşavirə idi. O vaxtdan media bu mövzuya daha həssas və peşəkar yanaşmağa başlayıb. Prezidentin sərəncamı bir daha vəziyyətin dövlət və millətimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyini qətiyyətlə ortaya qoydu”.

Y.Məmmədlinin fikrincə, bu vəziyyətdən media və cəmiyyətimiz zərbə almayacaq:

“Əksinə, dövlət əhəmiyyətli bu məsələdə cəmiyyət yanlış məlumatlar deyil, daha əsaslı, ciddi mənbələrə söykənən xəbərlər əldə edəcəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm