Şeyx bu gün Kirillə görüşəcək
Bizi izləyin

Qırmızı.az

Şeyx bu gün Kirillə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə görüşəcək.


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş bu gün saat 14.00-da Patriarxın Moskvadakı rəsmi iqamətgahında (Svyato-Danilov monastırında) baş tutacaq.


Xatırladaq ki, Şeyxülislam Allahşükür Paşazadə 25 sentyabr tarixində Rusiya Federasiyasına səfərə yola düşüb. Səfər Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin dəvəti əsasında həyata keçirilib.


Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm