Qırmızı.az
Tələbələrin alt qruplarda oturmaq üçün əlavə ödəniş etmələri ilə bağlı - RƏSMİ AÇIQLAMA
Tələbələr arasında yayılmış xəbərə əsasən bu ildən etibarən kəsiri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş etməli olacaqlar.
“Qafqazinfo” Təhsil Nazirliyinə xəbərin nə dərəcədə doğru olub olmaması ilə bağlı sorğu ünvanlayıb. Nazirliyin xəbərlə bağlı açıqlamasını təqdim edirik:
Akademik borcu olan tələbələr movcud alt qruplarında dərslərini davam etdikləri halda ödəniş etməməlidir. Yeni qrup yarandıqda və ya yay məktəblərində tədris təşkil olunduğu halda ödəniş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.3.-cü bəndinə uyğun həyata keçirilir.
Həmin bənddə qeyd olunur ki, “Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR