Qırmızı.az
AST Telmandan teleaparıcıya zərbə
AST şirkətlər qrupunun prezidenti, yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov həbsdə olan tanınmış teleaparıcı-falçıya qahmar çıxmayıb.
Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, AST Telman dələduzuq ittihamı ilə həbs edilən “Speys” (“Space”) kanalının aparıcısı, psixoloq-falçı İlham Mirzəyevin müdafiəsinin qurulmasında iştirak etməyib. Teleaparıcının arxasından çəkilən iş adamı hətta adının onunla bir yerdə hallanmasını belə istəmir.
İ.Mirzəyev ATS Telmanın Türkiyədə olan məşhur “Mardan Palas” (“Mardan Palace”) hotelində dincəlib, iş adamından hədiyyələr alıb. Psixoloq həbs edildikdən sonra ümid edib ki, AST Telman ona sahib çıxacaq və həm hüquqi, həm mənəvi baxımdan dəstək verəcək. Amma rəsmi dövlət nəşri olan “Xalq qəzeti”ndə Mirzəyevin həbsinin ertəsi günü, onun AST Telman və Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla əlaqələri barəsində dərc edilən məqalə hər şeyə son qoyub. Rusiyada yaşayan hər iki şəxs onlar üçün sıradan bir dələduzluq hadisəsinə görə tutulan adamın işində adlarının çəkilməsinə görə narahat olublar. Xüsusilə də AST Telman İ.Mirzəyevdən yaxasını kənara çəkib.
Xatırladaq ki, sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində İ.Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR