• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ya pulu qaytar, ya da mənimlə ol - ŞOK

Ya pulu qaytar, ya da mənimlə ol - ŞOK

100 manata görə 9 il həbs

Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Ofiq Xəlilovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, sərxoş vəziyyətdə olan Ofiq 18 avqust 2013-cü ildə Zubkova Nadejda Pavlovnanın evindən oğurluq etmək qərarına gəlib.

O, bu məqsədlə həmin gün gecə saat 01:00-da Nadejda Zubkovanın yaşadığı Şirvan şəhəri, G.Şıxbala küçəsi, ev 48, mənzil 8-də yerləşən evinə basqın edib. Ofiq çarpayıda yatan Nadejdanın ağzından tutaraq pul verməsini tələb edib. Zərərçəkmiş şəxs digər otaqdakı dolabda 100 manat pul saxladığını bildirib. Ofiq zərərçəkmişin saçından tutaraq həmin otağa sürüyə-sürüyə aparıb və orada Nadejdanın dediyi dolabdan pulu götürüb. O, daha sonra Nadejda Zubkovanın başından vuraraq evi tərk edib.

Ofiq Xəlilov Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) maddəsi ilə ittiham edilib.

Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Nadejda Zubkova ifadə verib. O, bildirib ki, iki yaşından Şirvan şəhərində yaşayır və hazırda təqaüdçüdür: “163 manat təqaüd alıram və tək yaşayıram, şəkər xəstəliyindən əziyyət çəkirəm. İki qızım və bir oğlum var. Qızlarımın ikisi də ailəlidirlər və onlar Rusiyada yaşayırlar. Oğlumun adı Vladimirdir, ancaq onu Vova deyə çağırırlar. Oğlum 4 ildir narkotiklə bağlı törətdiyi cinayət üstündə həbs edilib”.

“Dedi ki, pulu verməsən səninlə...”

Zərərçəkmişin sözlərinə görə, avqustun 18-də gecə saat təxminən bir radələrində yaşadığı evdə səs eşidib:

“Həmin vaxt yuxudan oyandım və ətrafa baxanda heç kəsi görmədim. Yenidən yatdım. Bu zaman bir nəfərin mənə yaxınlaşdığını gördüm. Otaqda olan şəxsin oğlum Vova olduğunu güman etdim. İki gün əvvəl Vova zəng etmişdi. Oğlum əməliyyat olunması üçün 50 manat göndərməyimi istəmişdi. Lakin ona pul göndərə bilməmişdim. Otağa girən şəxsin oğlum olduğunu güman etdim. Bir-iki dəfə səslə Vova deyərək çağırdım. Amma o, cavab vermədi. Bundan sonra həmin şəxs əyilərək mənə yaxınlaşdı və sellofonla ağzımdan tutdu. Birtəhər əlini araladım və nə istədiyini soruşdum. O, oğlumun ona 40 manat borcu olduğunu və bu pulu verməyimi tələb etdi. Pulu vermədiyim halda mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olacağını söylədi. Nadejda Zubkova həmin şəxsə istədiyi pulu verəcəyini deyib: “Həmin şəxsə pulun digər otaqda olduğunu söylədim. O, saçımdan tutdu və məni sürüyərək o biri otağa apardı. Həmin otağa qonşumuz Arifin evinin giriş hissəsində olan lampadan işıq düşür. Buna görə də otağı aydın gördüm. Bu otağa keçəndən sonra şkafın siyirməsini açdım və içərisində pul olan konverti həmin şəxsə verdim. O, pulu görəndən sonra yumruqla başımdan vurdu və pəncərədən çıxaraq qaçdı. Həmin şəxs gedən kimi qonşusumuz Tamiləyə zəng vurdum. Sonra Arifi çağırdım. Az sonra Arif və Tamilə evimə gəldi. Başıma gələnləri onlara danışdım. Arif 102-yə zəng vurub, hadisə barədə polisə məlumat verməyi təklif etdi. Mən də bu barədə polisə məlumat verdim. Həmin şəxsi yaşadığım evin ətrafında əvvəllər görmüşəm. Sonra məlum oldu ki, evimə girən şəxs qonşuluqda yaşayan Ofiqdir. Artıq mənə dəymiş ziyan ödənilib. Ona qarşı şikayətim yoxdur”.

Məhkəmənin hökmü ilə Ofiq Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR