• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ali məktəblərdə NLP seminarları keçirildi

Ali məktəblərdə NLP seminarları keçirildi

Beynəlxalq Dərəcəli Neyro Linqvistik Proqramlaşdırma (NLP) müəllimi Babək Bayramovun bir neçə ali təhsil ocağında NLP mövzusunda seminarları təşkil olunub.

Publika.az-ın məlumatına görə, Polis Akademiyasının müdavimləri üçün təşkil edilən seminar “Polis işində NLP-nin tətbiqi” adlanıb. Seminarda B.Bayramov cinayət-axtarış və təhqiqat proseslərində çox istifadə olunan sözlü və sözsüz ünsiyyət, bədən reaksiyaları ilə düşüncələrin yönünü müəyyənləşdirmə texnikaları barədə məlumat verib. Polis karyerasında özünü inkişaf və özünü təkmilləşdirmə məsələlərinə toxunan B.Bayramov, inanc sistemi və stresslə mübarizə üsulları, proseslərin məna çərçivələrinin dəyişdirilməsi mövzularını açıqlayıb və davranış qəlibləri üzərində praktiki çalışmalar keçirib.

“Odlar Yurdu” Universitetində keçirilən NLP seminarında tələbələrin gələcək iş karyeraları diqqət mərkəzinə gətirilib. B.Bayramov NLP alətlərinin sürətli dəyişimi hədəfə aldığını və bir çox hallarda bu müsbət fərqin dərhal gerçəkləşməsini söyləməsi iştirakçılarda güclü maraq yaradıb və bunun necə edilməsini maraqlanan 1 nəfər tələbənin üzərində təcrübə aparılıb. Cəmi 5 dəqiqə ərzində o tələbənin düşüncə və duyğularında baş verən dəyişikliyə heyrətlənən iştirakçılara belə bir açıqlama verib: “NLP, terapiya növü deyil, sadəcə, ünsiyyətin fərqli bir növüdür!”

Doğru ünsiyyət nəticəsində heç bir kimyəvi preparat qəbul etmədən, ağır sıxıntılardan dərhal mümkün olması bir daha təsdiqlənib. Seminar böyük maraq, motivasiya və diqqət atmosferində başa çatıb.

B.Bayramovun yaxın gələcəkdə digər ali və orta təhsil müəssisələrində də NLP seminarı təşkil edəcəklərini bildirib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR