Qırmızı.az
TQDK ekspertləri yeni test modelləri hazırlayır
Oktyabrın 15-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar başlayır.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.
Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.
Elmi-metodiki seminarların iş planında 2015-ci ildə keçiriləcək ali, orta-ixtisas təhsili müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarının proqramlarının müzakirəsi və təkmilləşdirilməsi, 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili, qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələrin hazırlanması, cari ilin qəbul imtahanları üçün yeni test modelinin hazırlanması və müzakirəsi nəzərdə tutulub.
Həmçinin yeni tipli (qapalı və açıq) test tapşırıqlarının tərtibi texnologiyası ilə bağlı müzakirələrin keçirilməsi, müasir tələblər baxımından Test bankının təkmilləşdirilməsi ilə əlaqədar yeni test tapşırıqlarının yazılmasının təşkili, qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaitlərinin və siniflər üzrə test kitabçalarının təkmilləşdirilməsi, orta məktəb dərsliklərində səthi verilmiş və abituriyentlərin qəbul imtahanlarında zəif cavab verdikləri mövzular, xarici ölkələrin testologiya sahəsindəki təcrübələrinin öyrənilməsi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR