Xanımı qəza keçirən Eltonun vəziyyətindən danışdı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Xanımı qəza keçirən Eltonun vəziyyətindən danışdı - ÖZƏL

Müğənni Elton Hüseynəliyev paytaxtın Nəsimi rayonu ərazisində yol qəzası törədib.

Mediada yayılan məlumata görə, hadisə Ceyhun Hacibəyli və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə Elton idarə etdiyi “BMW” markalı minik avtomobiliylə dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən, maşın yol kənarındakı səkiyə çırpılıb. Nəticədə maşının ön hissəsi yararsız hala düşüb. Müğənninin maşını səkiyə çırparandan sonra avtomobilini ərazidə qoyub hadisə yerindən uzaqlaşdığı deyilir.

Tanınmış müğənni Elton Hüseynəliyevin yol qəzası törətməsi ilə bağlı həyat yoldaşı Toma xanım ilk dəfə olaraq Publika.az-a danışıb: “Yağışlı hava səbəbindən yer sürüşkən olub və Eltonun avtomobili qəfildən sürüşüb. Arxadan “Kamaz” markalı maşın gəlirmiş. Qarşıda isə başqa bir avtomobil olub. Elton maşını saxlasaydı, qəfildən qəza törədə bilərdi, buna görə də məcburən avtomobili səkiyə çırpıb”.

Hazırda Eltonun yatdığını deyən xanımı onu vəziyyətinin yaxşı olduğunu, sadəcə, bir qədər sarsıldığını deyir: “Gecə evə qanıqara gəldi, əvvəlcə heç bir söz demədi. Sonradan açıb danışdı ki, bəs belə bir hadisə baş verib. Şükür Allaha, özünə heç nə olmayıb. Elə oradaca tanış uşaqlar onu evə gətirib, maşını isə təmirə aparıblar”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm