Türkiyənin tikinti nəhəngi “Khazar Islands” layihəsinə qoşuldu
Bizi izləyin

Qırmızı.az

Türkiyənin tikinti nəhəngi “Khazar Islands” layihəsinə qoşuldu

“Avesta Concern”in həyata keçirdiyi, dünyanın ən böyük tikinti layihələrindən biri olan “Khazar Islands” layihəsinə Türkiyənin daha bir tikinti nəhəngi, TAŞYAPI Grupu da qoşuldu.

Publika.az -ın məlumatına görə, Türkiyə başda olmaqla Qazaxısatan, Türkmənistan, İrak, Liviya və Birləşmiş Ərəb Əmirliklərində həyata keçirdiyi nəhəng layihələri ilə dünyanın öndə gedən tikinti şirkətlərinin sırasına daxil olan TAŞYAPI Qrupunun “Khazar Islands” layihəsinə qoşulması Avesta Konserninin bu layihəsinin dünyanın ən böyük şirkətlərinin diqqətini cəlb etməsi ilə yanaşı, böyük şirkətlər üçün də prestij məsələsinə çevrildiyini bir daha təsdiqləyir. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə TAŞYAPI Grupunun İdarə Heyyətinin başqanı Emrullah Turanlının başçılıq etdiyi nümayəndə heyyətininb görüşündə birgə əməkdaşlıq müzakirə olunub və müvafiq razılıq əldə olunub. Razılığa əsasən TAŞYAPI Grupu “Khazar Islands”nda öz maliyyəsi ilə 12 binanın tikintisini həyata keçirəcək.

“Avesta Concern”in yeni tərəfdaşı TAŞYAPI Grupunun həyata keçirdiyi layihələr üstün keyfiyyəti ilə yanaşı həm də gözəl memarlıq üslübu ilə seçilir. TAŞYAPI Grupunun İstanbulda həyata keçirdiyi layihələr bu fikirlərin sübutudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm