Döyülən əlilin vəziyyəti normallaşıb
Bizi izləyin

Qırmızı.az

Döyülən əlilin vəziyyəti normallaşıb

Bakının Şüvəlan qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü I qrup əlil Alik Qafarov 16 oktyabr tarixində gecə saatlarında döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə Sabunçu rayonundakı 3 saylı Klinik Xəstəxananın travmatologiya şöbəsinə qəbul edilib.

Xəstəxanadan Publika.az-a verilən məlumata görə, xəstə döş qəfəsinin əzilməsi və qulağında yaralarla xəstəxanaya daxil olub. Ona ilkin tibbi yardım göstərilib, qulağındakı yara tikilib və palataya yerləşdirilib. Həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Alik Qafarov döyülərkən kömək üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinə müraciət edilib. Onların köməkliyi sayəsində Alik Qafarov Sabunçu Rayonu 3 saylı Xəstəxananın travmatologiya şöbəsinə qəbul edilib.

Əlilin 1977-ci ildə, 11 yaşında olarkən elektrik qatarının altına düşərək hər iki ayağını və sağ əlinin bir neçə barmağını itirdiyi bildirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm