Qırmızı.az
"Azərsu"ya yarım milyon ziyan vurulub
2014-cü ilin yanvar-sentyabr aylarında həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində qeyri-əhali qrupunda içməli su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə ilə bağlı 854 fakt aşkarlanıb. Bu barədə Publika.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 581 min manat müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində əvvəlki illərdən yazılmış aktlara uyğun məbləğlər nəzərə alınmaqla 878 min manatının ödənilməsi təmin edilib.
Məlimatda bildirilir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə yanaşı, bu sahədə dəqiq uçot sisteminin yaradılması, xidmətlərdən qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində kompleks nəzarət tədbirləri həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsaslanaraq mütəmadi olaraq istehlakçıların içməli su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilir, xidmətlərdən istifadənin vəziyyəti yoxlanılır.
Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda həyata keçirilən infrastruktur layihələri göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə müsbət nəticələr əldə olunsa da təəssüf ki, bəzi istehlakçılar tərəfindən içməli su və kanalizasiya xidmətlərindən sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi hallarda istehlakçılar müqavilə bağlamadan içməli su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz olaraq istifadə edir, sayğacdan kənar əlavə su xətləri çəkir, sayğaca müdaxilələr edir, qeyri-əhali qrupu istehlakçıları əhali qrupuna aid istehlakçıların suyundan istifadə edirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni və özbaşına istifadəyə qarşı tələblər sərtləşdirilmişdir. Qaydalarda göstərilir ki, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilir və qanunsuz qoşulma ləğv edilir. Eyni zamanda su təchizatı və kanalizasiya şəbəkəsindən istifadə dayandırılar və dəymiş ziyanın ödənilməsi tələb olunur.
"Sudan istifadə Qaydaları"nın 4 nömrəli əlavəsində “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli” də təsdiq edilmişdir. Cədvələ əsasən, istehlakçının içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəsi nəticəsində dəymiş ziyanın məbləğinin hesablanması təkmilləşdirilmişdir. Məsələn, qeyri-əhali qrupu istehlakçıları tərəfindən xidmətlərdən qanunsuz istifadə halları aşkar edildikdə dəymiş ziyanın məbləği qidalandırıcı su xəttinin en kəsiyinə uyğun olaraq hesablanır. Başqa sözlə, hər hansı bir obyekt 20 mm diametrli xətlə içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edərsə, həmin istifadəçi 1 il üçün 2667,60 qəpik (iki min altı yüz altmış yeddi manat altmış qəpik) dəymiş ziyan ödəməli olacaq. “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli” www.azersu.az saytında yerləşdirilmişdir.
Artıq su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulması cinayət məsuliyyəti də yaradır. 2014-cü ilin iyun ayında qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcəllənin 189.1 maddəsində göstərilir ki, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Azərsu” ASC istehlakçıların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu