Qırmızı.az
Məhərrəmlikdə ehsan qadağası olacaq?
Bir neçə gündən sonra Məhərrəm ayının başlanması ilə ölkə ərazisində 40 gün qeyri-rəsmi matəm elan olunacaq. Matəm günlərində bölgələrdə ehsanların verilməsi bu il fərqli ola bilər.
Axar.az-a daxil olan məlumata görə, ölkə ərazisində matəm günlərində ehsan verilməsinə qismən nəzarət olunacaq. Son zamanlar xeyir-şər məclislərində israfçılığın qarşısının alınması üçün görülən tədbirlər məhərrəmlik günlərində verilən ehsanlara da şamil olunacaq.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ-nin Qazılar Şurasının iclasında bildirib ki, dövlət ehsanın əleyhinə deyil və ola da bilməz. Şurada danışan QMİ-nin sədri qeyd edib ki, Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir. Lakin bəzi insanlar bunu düzgün anlamır:
"Xalqımızın mentatlitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah-Təala buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə".
A.Paşazadənin yas məsliclərində ehsanın həddindən ziyadə verilməsinə qarşı çıxması matəm günlərində ehsan qadağasının olma ehtimalını artırır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR