Qırmızı.az
Əcnəbilərə ərə gedən qızlarımız - SİYAHI
2013-cü ildə Azərbaycanda 86 min 594 nikah bağlanıb. 11
min 849 nikah halının isə pozulması faktı, yəni boşanma qeydə
alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş
İdarəsindən Modern.az saytının sorğusuna cavab olaraq
bildirilib.
Əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə nikaha girənlərin
sayı 2780 nəfərdir. Rəsmi məlumatda bildirilir ki, onlardan 1652
nəfəri qadın, 1128 nəfəri isə kişidir. Bu isə onu göstərir ki,
əcnəbilərlə ailə quran azərbaycanlılar arasında yenə də qadınlar
üstünlük təşkil edir.
Əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahlarda
ötən il 211 boşanma faktı qeydə alınıb.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onu da
bildiriblər ki, azərbaycanlıların izdivaca girdiyi əcnəbilər
arasında Türkiyə, İran, Rusiya, Almaniya, ABŞ, İsrail, Ərəb
Əmirlikləri və s. ölkələrin vətəndaşları üstünlük təşkil edir.
İdarənin statistikasına görə, 2012-ci ildə Azərbaycanda 1932 nəfər
məhz xarici vətəndaşlarla nikah bağlayıb. Ümumiyyətlə, son illər
bunu göstərir ki, əcnəbilərlə bağlanan nikahların sayı xeyli
artıb.
Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan
şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki,
2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı