Ermənistan BMT-nin dəvətini rədd etdi
Bizi izləyin

Qırmızı.az

Ermənistan BMT-nin dəvətini rədd etdi

Sabah Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Qlobal Forumda Ermənistan iştirak etməyəcək.Publika.az-ın məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, tədbirlə bağlı Ermənistana dəvət göndərildiyini bildirib:

“Tədbir BMT tərəfindən təşkil olunduğu üçün ölkələri də onlar dəvət edirlər. BMT 194 ölkəyə, o cümlədən Ermənistana da dəvət göndərib. Lakin 156 ölkə iştirak edəcək, Ermənistan da iştirak etməyən ölkələr sırasındadır”.

Nazir müavini BMT-nin baş katibi Pan Gi Munun forumda iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, Ebola və digər problemlərlə bağlı BMT-nin iş qrafiki bir qədər ağırdır. Lakin BMT baş katibinin forum iştirakçılarına video müraciəti olacaq. Tədbirdə BMT təmsilçiləri də iştirak edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm