Qırmızı.az
Baytarlıq Xidməti bölgələrdə monitorinq keçirir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi Siyalə Rüstəmova Ağcabədi və Beyləqan rayonlarının nodulyar dermatit virus xəstəliyi baş vermiş təsərrüfatlarında olub.
Xidmətdən Publika.az-a verilən xəbərə görə, xidmət rəisinin rəhbərliyi altında xəstəliyə yoluxub müalicə edilmiş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçirilib.
Rayonlara səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşüb.
Görüşdə bildirilib ki, Nodulyar dermatit virus xəstəliyi baş verəndən bu günə kimi Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Son bir necə gündə yeni xəstə heyvan qeydə alınmayıb. Əvvəllər xəstələnmiş heyvanlar isə tam sağalana kimi nəzarətdə saxlanılacaq. Bütün xidmətin əməkdaşları, o cümlədən xidmətin rəisi S. Rüstəmova xəstəlik qeydə alınan bölgələrdə monitorinq keçirir, xəstələrin sağalması ilə əlaqədar dəqiqləşmələr aparılır. Hazırda xəstəliyə qarşı bütün imkanlardan istifadə edilibdir.
Görüşlərdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR