Qırmızı.az
Bakının orta məktəb şagirdləri üçün yenilik
Bakıda orta məktəb şagirdlərinin yerdəyişməsinin elektron formada aparılması nəzərdə tutulur. Bunu Trend-ə eksklüziv açıqlamsında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev deyib.
Onun sözlərinə görə, gələn dərs ilindən şagirdlərin məktəblərə qəbulu elektron formada aparılacaq: “Əgər çatdırsaq, onların yerdəyişməsi də elektron qaydada aparılacaq. Bakı məktəblərində şagirdlərin qəbulu ilə bağlı yerlərdə, məktəblərdə müəyyən problemlər, neqativ hallar yaranır. Bunların hamısının aradan qaldırılması üçün belə bir mexanizmdən istifadə edilir”.
E.Əliyev bildirib ki, növbəti dərs ilindən müəllimlər üçün dərs bölgüsü də elektron formada aparılacaq. Elektron dərs bölgüsü aparılarkən müəllimlərin builki sınaq qiymətləndirməsinin nəticələrindən istifadə edilməsi nəzərdə tutulub. Ancaq bölgü aparılarkən bununla yanaşı, başqa amillər də nəzərə alınacaq. Bu amillərin nələrdən ibarət olacağını hələ açıqlamayan idarə rəsmisi hazırda bu istiqamətdə iş aparıldığını qeyd edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR