Millinin üzvü məşhur türk aktrisanı zorlayıbmış
Bizi izləyin

Qırmızı.az

Millinin üzvü məşhur türk aktrisanı zorlayıbmış

Tanınmış aktrisa Qamze Özçeliki zorlamaqda ittiham edilən basketbol üzrə Türkiyə millisinin sabiq üzvü Gökhan Demirkol bu gün Antalya məhkəməsinin qərarı ilə həbs olunub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmədə çıxış edən Demirkol deyib ki, iki ildir tutulmamaq üçün gizlənsə də, özünü günahsız hesab edir. Məhkəmə hakimi isə bildirib ki, mühakimə qərarına baxmayaraq, dinləmələrə qatılmadığı və qaçma ehtimalı olduğuna görə Demirkolun həbsinə qərar verilib. Məhz bundan sonra keçmiş basketbolçunun qollarına məhkəmə zalındaca qandal vurulub.

Qeyd edək ki, basketbolçunun aktrisanı 2004-cü ilin iyul ayının 1-də Kəmər bölgəsi yaxınlığındakı bir mehmanxanada zorladığı iddia edilərək, Antalya Ağır Cəza Məhkəməsində barəsində 5 il 10 ay müddətinə həbs qərarı verilmişdi. Amma 30 noyabr 2005-ci il tarixində həbs olunmuş və 8 ay 10 gün həbsxanada qalmış Demirkol sərbəst buraxılmışdı. Lakin bundan sonra yenidən basketbolçu barədə ittiham irəli sürülüb və o, məhkəmə iclasında iştirakdan imtina edib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm