Bakıda yaşayış binasındakı yanğın söndürüldü, 1 uşaq zəhərləndi - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayış binasındakı yanğın söndürüldü, 1 uşaq zəhərləndi - VİDEO (YENİLƏNİB)

Paytaxtın Xətai rayonu ərazisində hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində 64 ədəd elektrik sayğacı və şaxta boyunca 51 p.m kabel, 2-ci mərtəbədə yerləşən uşaq bağçasında ümumi sahəsi 10 kv.m olan yardımçı tikilidə təsərrüfat əşyaları yanıbr. Yanğın zamanı binadan 30 sakin, uşaq bağçasından 50 uşaq və 10 tərbiyyəçi təxliyyə olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ şöbəsindən bildirdilər ki, hadisə nəticəsində zərərçəkən olmayıb.

“Bir uşaqda tüstüdən boğulma olub. İlkin yardım göstərilib, vəziyyəti normal olub. Həkimlər xəstəxanaya aparmaq istəsələr də, ailə razı olmayıb. Hazırda briqadamız hadisə yerindədir. Müraciət edən olsa, yardım göstəriləcək”.

10:19

Xətai rayonunda yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın hündürmərtəbəli binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri hadisə yerindədir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, yanğın barədə məlumat daxil olan kimi briqadalar hadisə yerinə göndərilib. Lakin yollarda tıxac olması səbəbindən briqadalar hələ hadisə yerinə çata bilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm