• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əfşar Süleymaninin həbs etdirdiyi qadının cəzası yüngülləşdirildi

Əfşar Süleymaninin həbs etdirdiyi qadının cəzası yüngülləşdirildi

Bakı Apelyasiya Məhkəməsində İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin keçmiş həyat yoldaşı Şəmsiyyə Bəylərqızının apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir. Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Şəmsiyyə Bəylərqızı saxlanıldığı Bakı istintaq təcridxanasında qanunsuz əşya saxlayıb. Onun saxlanıldığı kameraya Penitensiar Xidmətin əməkdaşları baxış keçirib. Baxış zamanı kameradan Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb.

Buna görə də Şəmsiyyə Bəylərqızının barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü də birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hökmdən narazı qalan Şəmsiyyə Bəylərqızı apelyasiya şikayəti verib. O, Sabunçu rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Şəmsiyyə Bəylərqızının apelyasiya şikayəti qismən təmin edilib.

Şəmsiyyə Bəylərqızının ittiham olunduğu Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi həmin məcəlləsinin 317.2.1-ci maddəyə tövsif olunub. Məhkəmə Şəmsiyyə Bəylərqızının cəzası 10 il 3 aya endirilib. Qalan hissədə hökm dəyişdirilməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR