Elmar Vəliyev ilin icra başçısı seçilib
Bizi izləyin

Qırmızı.az

Elmar Vəliyev ilin icra başçısı seçilib

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən "ilin icra başçısı" sorğusu uğurla yekunlaşıb. Sorğunun nəticəsinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qalib olub.


Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.


Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb.


Bu sözləri açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib: “Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümət təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının İctimai Birliyinin Analitik Sorğu Mərkəzi və bir neçə Xəbər portalı “İLİN REGİONU”nu və “İLİN BAŞÇISI” sorğusunu başa vurdu.

Ümumilikdə sorğuda 13 006 nəfər iştirak edib. Onlarda 4421 nəfər (34 %) Gəncəyə səs verib. Sorğunun qalibi GƏNCƏ şəhəri oldu.

Mübarizəmiz dürüst və fasiləsiz oldu. Gənclər şəhəri zatən belə olmalı idi. Digər nominasiya üzrə qalibimiz isə ikinci yerin sahibi Kürdəmir oldu. Uğurlar.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm